Şəhid səməndər imanovun əziz xatirəsi yad edildi
Fakültəmizin Ekologiya mühəndisliyi ixtisasının məzunu İmanov Səməndər İsaxan oğlu “İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏ” 21.10.2020-ci il tarixində Xudafərin körpüsü istiqamətində gedən döyüşlər nəticəsində qəhrəmancasına döyüşərək “ŞƏHİDLİK ZİRVƏSİ”nə ucalmışdır. Şəhidimiz “Cəbrayıl rayonunun azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. […]