Kateqoriya Arxivləri: Xəbərlər

xocalı soyqırımı-xx əsrin faciəsi

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki […]

Davamı

QARDAŞ ÖLKƏ TÜRKİYƏDƏ BAŞ VERƏN ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN XATİRƏSİ ANILIB

  Şəhər ictimaiyyəti ilə birgə GDU-nun rektoru Yusif Yusibov və universitet əməkdaşları Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər.    Rektor Yusif Yusibov Baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verərək zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.

Davamı

20 YANVAR-QAN YADDAŞIMIZ!

Qanlı Yanvar və ya 20 Yanvar faciəsi-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Çoxlu sayda insan qətlə yetirilmişdir. Bu təcavüzkarlıq siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır. Lakin bu hadisə bizim müstəqillik yolunda gördüyümüz […]

Davamı

31 dekabr həmrəylik gününüz mübarək!

31 dekabr – bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali […]

Davamı

təbrik edirik!

23 dekabr 2022-ci il tarixində AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında Hüseynova Elnarə Əliş qızının “Bitki fiziologiyası (2411.09)” və “Genetika (2409.01)” ixtisasları üzrə “Azərbaycanın Qərb bölgəsində buğdanın məhsuldarlığının yüksəldilməsinin fizioloji, genetik xüsusiyyətləri” mövzusunda yekun müdafiəsi keçirilmişdir.

Davamı

Dokuz Eylül Universitetinə işguzar səfər

GDU-nun rektoru prof. Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Türkiyə Respublikasının Dokuz Eylül Universitetində ikili diplom proqramı ilə əlaqədar işguzar səfərdə olmuşlar. İşgüzar görüş çərçivəsində ikili diplom proqramı ilə əlaqədar keçirilən toplantıda ali məktəblər arasında həyata keçiriləcək layihələrdən danşılıb. Rektor Yusif Yusibov çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərindən danışıb. Elmi şurada həmçinin GDU-nun Elm […]

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hacıyeva Şəlalə Zabir qızının Biologiya müəllimliyi ixtisasının III kursunda “İxtiologiya” fənnindən “Çəkikimilər: çəki, çapaq, külmə, kütüm balıqlarının quruluşu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan k.e.d. İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova və digər əməkdaşlar iştirak etdilər. Dərs prosesində müəllimə çəkikimilər dəstəsinə aid olan bir sıra növlərin morfoloji xüsusiyyətlərini çapaq balığını […]

Davamı

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

Dekabrın 12-si Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz […]

Davamı