Kateqoriya Arxivləri: Xəbərlər

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

          Univrsitetin tematik planı və Azərbaycanın “Qırmızı kitabının” III nəşri üçün nadir və məhv olma təhlükəsində qalan növlərin təbii şəraitdə Beynəlxalq qorunma meyarlarının müəyyənləşdirilməsi  məqsədilə  ilə   Botanika kafedrasının professor-müəllim, laborant-texniki işçiləri və dissertantları Şəmkir, Gədəbəy, Turşsu marşurutu üzrə elmi ekspedisiyada olmuşlar. Hazırda ekspedisiya məlumatları təhlil edilir.

Davamı

elmi şura 27.05.2021

PROTOKOL 7      27 may 2021-ci il tarixdə saat 1200-da Biologiya-kimya fakültəsi Elmi şurasının onlayn iclası oldu.      Gündəlik məsələlər 1. Rektorluğun yaz imtahan sesiyasının mütəşəkkil keçirilməsinə dair əmrinin tələblərinə əsasən fakültə dekanlığı və ixtisas kafedralarında aparılan hazırlıq tədbirləri 2. Qüvvədə olan tədris planları əsasında ixtisaslar və kurslar üzrə 2021-2022-ci  dərs ilinə aid tədris tapşırıqlarının hazırlanması […]

Davamı

Gəncə Dövlət Universiteti “Qarabağın biomüxtəlifliyi,torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda konfransda təmsil olunmuşdur.

20-21 may tarixlərində AMEA Biologiya və Tibb elmləri bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi,bu günü və gələcəyi” mövzusunda konfrans  keçirilmişdir. Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Milli Elmlər […]

Davamı

BEYNƏLXALQ KONFRANSIN BÖLMƏ İCLASLARI

7 may 2021-ci il tarıxdə Join Zoom Meeting platforması üzrə Ümummilli Lider Heydər Əliyevin 98 illik yubileyinə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq konfransın bölmə iclasları keçirilmişdir. Kimya və bilogiya bölməsində Respublikanın Universitetləri, AMEA-nın  İnstitutları, Türkiyə, Özbəkistan, Dağıstan Universitetlərindən 100-dən çox alimqoşulmuşdur. AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzovun sədrliyi ilə keçən […]

Davamı

“Ümumilli lider Heydər Əliyevin 98-ci il dönümünə” həsr olunmuş onlayn görüş keçirildi

04.05.2021-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsinin müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında”Ümumilli lider Heydər Əliyevin 98-ci il dönümünə” həsr olunmuş onlayn görüş keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və Kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.Ədəbiyyatlarda sətirlərə […]

Davamı

İlin könüllüsü

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2020-ci il “Könüllülər ili”nin ən fəal könüllülər mükafatlandırılıb. Mükafatlandırma 4 fərqli kateqoriyada olub. Fakültəmizin tələbəsi Məhərrəmova Əsli “Ekoloji könüllülük” kateqoriyası üzrə “İlin könüllüsü” medalı ilə təltif olunub. Qeyd edək ki, tələbəmiz eyni zamanda universitet üzrə “Bir” Tələbə-könüllü Əməkdaşlığı İB-nin koordinatoru kimi fəaliyyət göstərir.

Davamı

elm gününə həsr olunmuş online tədbir

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr olunmuş online tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini professor Əhməd Hacıyev 9 aprel 2018-ci ildə ölkə prezidentinin fərmanı ilə Elm Gününün təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını qeyd etdi. Online tədbirdə Gəncə Dövlət Universitetinin […]

Davamı

TƏBRİK EDİRİK!

Gəncə Dövlət Universiteti bakalavr,magistr hazırlığı ilə yanaşı Respublikanın müxtəlif elm və tədris müəssisələri üçün fəlsəfə doktoru  və elmlər doktorları hazırlayır.12 mart 2021-ci il tarıxdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyəti  AMEA Botanika institunun aparıcı elmi işçisi SEVDA MUXTAR QIZI ALVERDİYEVAYA BİOLOGİYA ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİNİ TƏSDİQ ETMİŞDİR. 11dekabr 2020-ci il tarıxdə elmlər […]

Davamı

31 MART SOYQIRIMI

Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində 30.03.2021-ci il tarixində müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında “31 Mart Azərbaycanlıların soyqırımı günü”  ilə bağlı onlayn görüş keçirildi.Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.Tarixi qədimdən-qədim, soykökü minilliklərə […]

Davamı