Aylıq Arxiv: İyun 2016

Magistrlərimizin müdafiəsi keçirildi.

Biologiya-kimya fakültəsində biokimya, bitki fiziologiyası mikologiya və botanika ixtisasları üzrə 12 nəfərin magistr dissertasiyalarının müdafiəsi keçirilmişdir. Magistrlərə GDU-nun rektoru, professor Yusif Yusibov, universitetin professoru Vaqif Növruzov, Azərbaycan Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev, ADAU-nun professorları Nazim Yusifov, Elman Mövsümov və b. rəhbərlik etmişlər. Magistrlərdən 8 nəfər fərqlənmə diplomu ilə bitirmişdir. Müdafiədə magistratura şöbəsinin müdiri dos. Emin […]

Davamı

Botanika kafedrasının doktorantı Mustafayeva Vüsalə Sahib qızının “Biologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alması üçün ilkin müzakirəsi keçirildi.

Bu günlərdə Botanika kafedrasının doktorantı Vüsalə Mustafayevanın Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Gülçiçəlilər fəsiləsinin (Rosaceae) bəzi növlərinin anatomik-morfoloji və bioekoloji xüsusiyyətləri” mövzusunda (2417.01 Botanika) dissertasiya işinin müzakirəsi keçirilmişdir. Elmi rəhbər Biologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi V.S.Novruzov, Biologiya üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim B.M.Əliyevdir. Dissertasiya işinə GDU-nun Ekologiya kafedrasının […]

Davamı

Botanika kafedrasının dosenti A.A.Bayramovanın Biologiya elmləri üzrə doktorluq dissertasiyasının müzakirəsi

Bu günlərdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının dosenti Bayramova Aynur Akif qızı Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın Xüsusi Mühafizə Olunan bəzi Ərazilərinin (Göygöl Milli Parkı, Eldar Şamı, Qarayazı, Korçay Dövlət Təbiət Qoruğu) flora biomüxtəlifliyi və genefondun toplanması” (2417.01–Botanika ixtisası üzrə) mövzusunda Botanika kafedrasının genişləndirilmiş iclası kecirilmişdir. Elmi məsləhətçi Gəncə Dövlət […]

Davamı

Təqdim olunma

03 iyun 2016-cl il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının iclas zalında fakültə dekanı, Botanika və Anatomiya, fiziologiya və zoologiya kafedralarının müdirləri təqdim olunmuşdur. Təqdim olunmanı GDU-nun Texnika və İnnovasiyalar üzrə prorektoru dos. Pərvin Kərimzadə aparmışdır. Tədbirdə fakültənin professor və müəllim heyəti iştirak etmişdir. Nəticə etibarilə Biologiya və kimya fakültəsinin dekanı kimi qabaqcıl təhsil işçisi, […]

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 07.06.2016-cı il tarixində Botanika kafedrasının professor-müəllim, doktorant, dissertant və magistrlərin Şəmkir-Gədəbəy-Tovuz rayonları marşurutu üzrə elmi ekspedisiyası olmuşdur. Tovuz rayonu ərazisində Zəyəm çay hövzəsində dəniz səviyyəsindən 1159 m yüksəklikdə yerləşmiş Xınna dərəsinin flora biomüxtəlfliyinin spesifikliyi, […]

Davamı