Gündəlik Arxiv: 16/10/2017

Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Qeyri üzvi birləşmələrin əsas sinifləri mövzusunun tədrisi metodikası” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəsi tələbələr tərəfindən maraqla dinlənildi. Yeri gəldikcə tələbələr suallar verirdi müəllim isə onları cavbalandırırdı. Sözün əslində tələbələr mühazirədə müəllimlik peşəsinin sirrlərinə sahib olurdular. Bu da tədrisin müsbət keyfiyyətindən xəbər verirdi.

Davamı

Botanika kafedrasının gənc alimlərindən Dos.A.Bayramova və b.ü.f.d. b/m.R.Quliyeva Tacikistanın Düşənbə şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

Bu günlərdə Biologiya-kimya fakültəsinin seminar məşğələsi keçirilmişdir. Məşğələdə Düşənbə şəhərində keçirilmiş Beynəlxalq seminar iştirakçıları dos.A.Bayramova və b.ü.f.d.R.Quliyeva “Bioloji müxtəlifliyin qorunmasında Beynəlxalq təcrübənin rolu” mövzusunda məruzələri dinlənilmişdir. Seminar məşğələsində  fakültə əməkdaşları və tələbələr iştirak etmişdir. Məruzə ətrafinda maraqlı müzakirə keçirilmişdir.

Davamı

Ekologiya mühəndisliyinin I kursunda baş müəllim Xəlil Seyfəddin oğlu Musayevin Fizika fənnindən “Müxtəlif mühitlərdə elektrik cərəyanı” adlı açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəyə aid bütün sənədləri var idi: qrifli proqramı, mühazirə mətni, kafedra müdiri tərəfindən təsdiq olunmuş sillabusu, mətnə aid slaydı və s. Əvvəlcə mühazirənin planını, istifadə olunmuş ədəbiyyatların siyahısı tələbələrə çatdırdı. Plan və slayddan istifadə etməklə mühazirəni dedi. Mühazirənin gedişində tələbələri düşündürən sualları cavablandırdı. Mövzu vaxtında yekunlaşdırıldı. Əlavə ədəbiyyatlardan istifadə üçün müəllim tapşırıq verdi.  

Davamı