Gündəlik Arxiv: 30/10/2017

Kimya ixtisasının I kursunda “Azərbaycan tarixi” fənnindən t.ü.f.d. Hüseynova Ruminə Zakir qızının açıq dərsi

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri var idi. Mühazirə xəritədən istifadə edilməklə səlist izahlı şəkildə xronoloji ardıcıllıq pozulmadan keçildi. Tələbələrə yeri gəldikcə suallarla müraciət edildi. Tələbələr qoyulan problemə fəal münasibət göstərdilər.

Davamı

BOTANİKA KAFEDRASININ DİSSERTANTI FİDAN İSAYEVA RESPUBLİKA ELMİ KONFRANSINDA

Botanika  kafedrasının dissertantı  Fidan İsayeva  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetində 24 oktyabr  tarixində keçirdiyi “ Doktorantlar və Gənc tədqiqatçıların” XXI  elmi konfransında iştirak edərək “ Şibyələrdən indikator kimi istifadə olunmasının əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış etmişdir.Məruzə iştirakçılar tərəfindən rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilmişdir.   Təşkilat komitəsi tərəfindən məruzənin mətninin çap olunması qərara alınmışdır.

Davamı