Aylıq Arxiv: Fevral 2018

kimya kafedrasının baş müəllimi zeynalova sevinc vilayət qızının açıq dərsi keçirildi

Kimya kafedrasının baş müəllimi Zeynalova Sevinc Vilayət qızının Biologiya müəllimliyi ixtisasının III kursunda Biokimya və molekulyar biologiya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının müdiri dos.A.Məmmədova və kafedranın əməkdaşları dosentlərdən N.Ələkbərov, M.Vəliyev, S.İbrahimli, E.Cəfərov, k.e.f.d.S.Mehdiyeva iştirak etdilər. Dərs interaktiv təlim metodlarından istifadə olunmaqla keçirildi. Sonda tələbələri maraqlandıran suallara cavab verildi.

Davamı

olimpiada

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri üçün biologiya fənnindən olimpiada keçirildi. Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsində yaradılan müasir laboratoriyalarla yaxından tanış olublar. AMEA-nın müxbir üzvü, GDU-nun professoru, Botanika kafedrasının müdiri Vaqif Novruzov  və Anatomiya, fiziologiya […]

Davamı

xocalı soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım baş vermişdir.  Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər […]

Davamı

20 fevral 2018

   20 fevral 2018-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 2017-2018-ci tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr İkinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi. 3.Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin müvafiq ixtisasların uyğun kurslarına göndərilməsinin təşkili 4.Gələcəyin […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru İsgəndərova Tünzalə Həsən qızının “Gəncənin yaşıllıqları və ekoloji gərginliyinin azaldılmasında onların rolu” mövzusunda seminar keçirildi.

Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru  İsgəndərova Tünzalə Həsən qızının  “Gəncənin yaşıllıqları və ekoloji gərginliyinin azaldılmasında onların rolu” mövzusunda seminar keçirilmişdir. Seminarda Kafedra müdiri professor Sevda Əhmədova və kafedranın əməkdaşları iştirak etmişdir. Müəllimə seminarı çox maraqlı təşkil etmişdir. Sonda müəllimlər elmi seminar haqqında öz müsbət fikirlərini bildirdilər.

Davamı

OLİMPİADA

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 və Gəncə Dövlət Universitetinin 80 illiyinə həsr olunmuş “Biologiya-kimya fakültəsi ilə Təcrübə və işlə təminata kömək şöbəsinin” təşkilatçılığı ilə universitetdə 10.02.2018-ci il tarixdə Kimya fənni üzrə olimpiada keçirilmişdir. Olimpiadada Gəncə şəhərinin Göy-göl və Samux rayonlarının tam orta məktəblərinin VII, VIII, IX, X və XI sinif şagirdlərindən 400 nəfəri […]

Davamı