Aylıq Arxiv: Oktyabr 2018

biologiya-kimya fakültəsinin tələbələri 22.10.2018-ci il tarixdə kimsəsizlər evində oldular.

Fakültənin humanitar məsələlər üzrə dekan müavini dos.Z.İsmayılovanın rəhbərliyi ilə təşkil olunan tədbirdə tələbələr yüksək fəallııq göstərərək xeyirxah əməlləriylə nümunə olmağı bacardılar. Belə ki, onlar kimsəsiz uşaqlara dəftərxana ləvazimatları və ərzaq məhsulları apardılar. Tələbələrlə kimsəsiz uşaqlar rəqs etdilər. Onları öz gəlişləri ilə sevindirdilər.

Davamı

açıq dərs

Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda Həyat fəaliyyətinin kimyəvi əsasları fənnindən “Zülalların rəngli reaksiyaları” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Kimya kafedrasının dosenti A.Məmmədova, müəllimlərdən dos.S.İbrahimli,  b/m.F.Alverdiyeva, k.ü.f.d.P.Hüseynova iştirak etdilər.

Davamı

açıq dərs

12.10.2018-ci il tarixində Botanika kafedrasının müəlliməsi  S.T. Axundovanın  Biologiya-Kimya fakültəsinin Biologiya müəllimliyi I2 ixtisasına Bitki anatomiyasi və morfologiyası fənnindən”Mexaniki toxumalar” adlı movzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Botanika kafedrasının müdiri, prof.V.S.Novruzov, dos. Z.M.İsmayılova, dos A.A.Bayramova Universitet monitorinq qrupunun üzvü dos. M.Vəliyev, dos.S.İbrahimli,baş.lab A.Ş. Qədimova, lab.N.Q.Fətəliyeva iştirak etdilər.  

Davamı

AMEA-nın botanika institutunun doktorantı heydərova rəna tahir qızının dissertasiya işinin müzakirəsi

15.10.2018-ci il tarixində AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Birləşmiş Dissertasiya şurasının müvafiq qərarına əsasən aparıcı təşkilat kimi təyin edilmiş Botanika kafedrasının genişləndirilmiş iclasında Heydərova Rəna Tahir qızının (2417.01 Botanika ixtisası üzrə) “Böyük Qafqazın (Azərbaycan daxilində) Səhləbkimiləri Orchidaceae Juss” mövzusunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilmişdir.  

Davamı

açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. dos.əvəzi Ağayeva Elfira Zaur qızının Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Fərdi inkişafın biologiyası” fənnindən “Differensasiya, determinasiya, inteqrasiya və induksiya” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev və kafedranın müəllimləri iştirak etmişlər. Açıq dərsdə müasir təlim metodlarından istifadə olunmuşdur. Proqram materialları tələbələrə çatdırıldı. Tələbələr suallara aydın və […]

Davamı

AMEA-nın müxbir üzvi prof.V.S.Novruzovun 25 № şəhər tam orta məktəbində “Azərbaycanda bitki örtüyünün bioloji, müxtəlifliyi və genefondun mühafizəsi” mövzusunda açıq dərsi olmuşdur.

12.10.2018-ci il tarixində AMEA-nın müxbir üzvi prof.V.S.Novruzovun 25 № şəhər tam orta məktəbində “Azərbaycanda bitki örtüyünün bioloji, müxtəlifliyi və genefondun mühafizəsi” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə universitetin təcrübə və karyera şöbəsinin müdiri C. Qarayev, b.ü.f.d. R.Z.Quliyeva, G.Quliyeva, N.Fətəliyeva, həmçinin məktəbin direktoru, fənn müəllimləri, VII-XI sinif şagirdləri iştirak etmişlər.

Davamı

açıq dərs

10.10.2018-ci il tarixdə Ekologiya mühəndisliyi ixtisasının III kursunda müəllim İsmayılov Ümid Suliddin oğlunun “Fəlsəfə” fənnindən “İdrak nəzəriyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Sosial fənlər kafedrasının müdiri dos.A.Məmmədov, müəllimlərdən b/m.Ü.Balakişiyev, b/m.Ş.Quliyev iştirak etdilər. Açıq dərsdə əyani vəsaitlərdən istifadə olundu. Ü.İsmayılov İdrak nəzəriyyəsi və onun mahiyyəti, tarixi inkişafı, idrakın praktika ilə əlaqəsi, idrakın […]

Davamı