Aylıq Arxiv: Dekabr 2019

MAGİSTRLƏR KONFRANSDA

20 dekabr 2019-cu tarixində AMEA Botanika  İnstitutunda akademik A.A.Qrossheymin anadan olmasının 130 illiyinə həsr edilmiş Gənc alim və tədqiqatçıların  “Müasir botanikada  innovasiya  və ənənələr” mövzusunda konfrans keçirilmişdir. Botanika kafedrasının magistrləri Arza Məmmədova “Gəncəçay hövzəsinin  səhra bitkiliyi   və antropogen suksessiyalar”, Könül Rzayava “Eldar şamının (Pinus eldarica) yayılmasının müasir vəziyyəti” mövzusunda məruzələrlə çıxış etmişlər. Təqdim olunan  tezislər […]

Davamı

tam və natamam metamorfozlu həşəratın quruluşu mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının baş müəllimi Rahilə Məmmədovanın Biologiya ixtisasının III kursunda Entomologiya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.M.Həsənov, dos.Z.İsmayılova, dos.A.Bayramova iştirak etdilər. Mövzunun tədrisi üçün lazım olan əyani vasitələr, slayd, müəllimin plan konspekti, proqram və sillabus var idi. Tam və natamam inkişaf etmiş həşəratların nümayəndələri morfoloji […]

Davamı

iqlim dəyişkənliyi

18.12.2019-cu il tarixində Bakı şəhərində Ekologiya Nazirliyi tərəfindən təşkil olunmuş iqlim dəyişmələri mövzusunda geniş seminar keçirilmişdir. Seminarda GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının professoru S.Z.Əhmədova və dosent Z.Ə.Ələkbərova iştirak etmişlər. Seminar diskusiya şəklində aparılmış və maraqlı çıxışlar olmuşdur.

Davamı

“Bitki senopopulyasiyasının əsasları” adlı yeni dərslik nəşr olundu.

Bu günlərdə AMEA Elm nəşriyyatı Gəncə Dövlət Universiteti Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof.Vaqif Novruzov və dos.Zilxumar İsmayılovanın “Bitki senopopulyasiyasının  əsasları” adlı dərsliyi kütləvi tiracla çapdan çıxmışdır. Dərslikdə biomüxtəliflik və onun qorunması problemi, bitki senopopulyasiyası anlayışı təhlil olunur. Bitki senopopulyasiyasının quruluşu və dinamikası haqqında müasir məlumatlar verilir; faktik materiallar əsasında bitkilərin populyasiya biologiyası haqqında […]

Davamı

“Texnogen ekoloji qəzalar zamanı ətraf mühitin radioaktiv çirklənməsi” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, b.ü.f.d. İsgəndərova Tünzalə Həsən qızının Ekologiya mühəndisliyi ixtisasının III kursunda “Texnogen ekoloji qəzalar zamanı ətraf mühitin radioaktiv çirklənməsi” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova, kafedranın müəllimləri- dos.əvəzi zabitə Ələkbərova, b/m. Sevda İbrahimova və b/m. Natiqə İsmayılzadə iştirak etmişlər. Tünzalə müəllimə keçən dərsdən sual-cavab aparmaqla […]

Davamı

“Dəmirin alınması və xassələrinə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Zəhra Əliyevanın Kimya ixtisasının II kursunda “Qeyri-üzvi kimya 2” fənnindən açıq dərsi təşkil olundu. Dərsdə fakültə dekanı və kafedra əməkdaşları iştirak etdilər. Açıq dərs VIII B qrup elementlərinin ümumi xarakteristikası haqqında sual cavabla başladı. Dəmirin xassələrinə aid təcrübələrin, onun birləşmələrinin xassələrinə aid reaksiyalar aparılmaqla yanaşı, iki və üçvalentli dəmir ionlarının təyini […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələri Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimində iştirak etdilər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına videomüraciəti təqdim olunub.  Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini – 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb. R.Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. O vurğulayıb ki, “Azərbaycan Respublikasında […]

Davamı

qan sisteminin fiziologiyası mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. baş müəllimi Elnarə Hüseynovanın Biologiya müəllimliyi ixtisasının III kursunda açıq dərsi keçirildi. Açıq dərsdə qanın tərkibi, miqdarı və fiziki-kimyəvi xüsusiyyətləri, qanın laxtalanması, qan qrupları və qanın formalı elementləri haqqında geniş məlumat verildi. Qan sisteminin orqanizmin həyat təminedici sistemlərindən biri olması və çox mühüm funksiyalara malik olması vurğulandı. Açıq dərsdə […]

Davamı