Aylıq Arxiv: Fevral 2020

botanika kafedrasının dosenti aynur bayramovanın “Yosunların morfoloji quruluşu. Göy-yaşıl yosunlar” mövzusunda açıq dərsi keçirildi.

         Açıq dərsdə AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, dos. Zilxumar İsmayılova, dos. Murad Vəliyev, Botanika kefedrasının dosenti Mirzə Həsənov, b/l. Nərgiz Fətəliyeva və başqaları iştirak etdilər. Dərsin başlanğıcında Aynur Bayramova Xocalı soyqırımına aid çıxış etdi və bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Sonra isə dərs davam etdirildi. Dərs əyani vəsaitlərlə zəngin idi.

Davamı

Biologiya-kimya fakültəsində “Xocalı soyqırımı” ilə bağlı tədbir keçirildi

Tədbirdə universitetin Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva Xocalı faciəsi haqqında çıxış edərək bildirdi ki, bu faciə xalqımızın tarixinə yazılmış ən ağrılı, acılı, unudulmaz bir gündür. Çünki bu tarixdə günahsız insanların vəhşicəsinə öldürülməsi, amansızcasına qırılması, insanlığa edilən ən böyük zülm və haqsızlıqdır. Xocalıdan sağ qalan sakinlərin də bu faciə haqqında çıxışları dinləyənləri qəhərə boğdu.

Davamı

əsrin faciəsi-xocalı soyqırımı!

Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilmişdir. Bu zaman etnik azərbaycanlılara qarşı soyqırım baş verdi. Xocalıda dinc əhaliyə zülm edildi, qadınlar girov saxlanıldı. Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilirdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə […]

Davamı

elmi şura 19.02.2020

19 fevral 2020-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu.      Gündəlik məsələlər 1. 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr 2. İkinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi.  (2019-2020-ci tədris ili üçün) 3. Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin […]

Davamı