Botanika kafedrasının dosenti A.A.Bayramovanın Biologiya elmləri üzrə doktorluq dissertasiyasının müzakirəsi

Bu günlərdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının dosenti Bayramova Aynur Akif qızı Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazın Xüsusi Mühafizə Olunan bəzi Ərazilərinin (Göygöl Milli Parkı, Eldar Şamı, Qarayazı, Korçay Dövlət Təbiət Qoruğu) flora biomüxtəlifliyi və genefondun toplanması” (2417.01–Botanika ixtisası üzrə) mövzusunda Botanika kafedrasının genişləndirilmiş iclası kecirilmişdir.
Elmi məsləhətçi Gəncə Dövlət Univеrsitеti Bоtаniка каfеdrаsının müdiri, biоlоgiyа еlmləri dокtоru, Əməkdar elm xadimi prof.Novruzov V.S.
Müzakirədə GDU-nun Botanika, Kimya, Ekologiya və təbiəti mühafizə, Anatomiya, fiziologiya və zoologiya, Coğrafiya kafedralarının əməkdaşları, ADAU Kənd təsərrüfatı elmləri doktoru, prof.Həsənov Z. M. ADAU Ekologiya mühəndisliyi və Meşəçilik kafedrasının biоlоgiyа elmləri doktоru, professor əvəzi, İbrahimov Z., ADAU kimya kafedrasının professoru Nazim Yusifov, ATU kafedra müdiri, professor Nəbiyev Ə.Ə., ADAU dosenti İsmayılov A. və s. iştirak etmışdir. Müzakirə maraqla dinlənilmiş, çıxış edən prof.Həsənov Z. M., prof, Nəbiyev Ə.Ə., prof. Novruzov V.S., dos. Alverdiyev İ.C., dos. Kərimov H., dos. İsmayılova Z.M.,dos. Nuriyev R. və başqaları çıxış edərək dissertasiya işini yüksək qiymətləndirmişlər.
Dissertasiya işinin əsası Ulu Öndər tərəfindən qoyulmuş, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, “Bioloji müxtəlifliyin qorunması, səmərəli istifadəsinə dair Milli strategiya və fəaliyyət planı”nın yerinə yetirilməsi sahəsində aparılan elmi tədqiqat işlərinin icrasına yönəlmiş fundamental elmi tədqiqat əsəri kimi qiymətləndirilmişdir.

1 comment on “Botanika kafedrasının dosenti A.A.Bayramovanın Biologiya elmləri üzrə doktorluq dissertasiyasının müzakirəsi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − four =