Botanika Beyəlxalq konfransı

img-20161004-wa0017AMEA Botanika İnstitutunun 80 illik yubleyinə həsr olunmuş Beynəlxalq konfransda

Bu günlərdə AMEA Botanika İnstitutunun 80 illik yubleyi ilə əlaqədar “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın işində Universitet əməkdaşlarından prof. V.S.Novruzov, prof.əv. S.Z.Əhmədova, dos. R.M. Nuriyev, dis. F.M. İsayeva iştirak etmişlər. Konfransda Almaniya, İngiltərə, Fransa, Türkiyə, Şimali Koreya, Özbəkistan, Belarusya və s. ölkələrdən gələn alimlər Azərbaycan mütəxəsisləri ilə Biomüxtəlifliyin mühafizəsinə dair geniş müzakirələr aparmışlar. 100-dən artıq məruzə dinlənilmişdir.
Universitetin rektoru prof. Yusif Yusibovun imzaladığı təbrik məktubunda AMEA Botanika İnstitutunun 80 illik fəaliyyəti dövründə əldə olunmuş elmi nailiyyətlər və hazırlanan kadrlar haqqında geniş məlumat verilmiş, Beynəlxalq Konfransın işinə müvəffəqiyyətlər arzu edilmişdir.