Baş müəllim Bayramova Könül Şaiq qızının açıq dərsi keçirildi.

25.10.2016-cı il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bayramova Könül Şaiq qızının kimya-biologiya II kurs tələbələri ilə Histologiya fənnindən “Yumurtalığın quruluşu. Cinsi hüceyrələr” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə kafedra əməkdaşlarından kafedra müdiri dos. V.Məmmədova, b/m Ş. Hacıyeva, b/m G. Hümbətova, dos. T.Rüstəmova, b/l A.Məmmədova və s. iştirak etdilər.