Baş müəllim Kifayət Tapdıq qızı İsmayılovanın açıq dərsi.

14.10.2016-cı il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi İsmayılova Kifayət Tapdıq qızının biologiya III kurs tələbələri ilə “İnsan və heyvan fiziologiyası” fənnindən “Refleks və refleks qövsünün təhlili” mövzusunda açıq dərsi keçirildi.
Dərs canlı qurbağa üzərində tədris edildi.
Bunun üçün qurbağanın baş beyni onurğa beynindən ayrıldı və spinal qurbağa əldə edildi. Sonra bükmə refleksini öyrənmək üçün spinal qurbağanın aşağı ətrafından biri 0,5%-li sulfat turşusuna salındı. Bu zaman qurbağa ətrafını bükdü və bükmə refleksi alındı. Təcrübənin digər hissəsində qurbağanın döş nahiyəsinə turşu ilə isladılmış filtir kağızı qoyuldu. Bu zaman qurbağa ətrafları ilə filtir kağızını uzaqlaşdırmağa çalışdı və silmə refleksi baş verdi.
Refleksin alınması üçün refleks qövsünün 5 hissəsi həm histoloji həm də fizioloji cəhətcə tam olmalıdır. Əgər bunlardan birinin tamlığı pozularsa refleks baş verməız.