Dosent Sahil İsa oğlu İbrahimlinin açıq dərsi keçirildi.

11.11.2016-cı il tarixdə Kimya kafedrasının dosenti İbrahimli Sahil İsa oğlunun Biologiya müəllimliyi III kurs tələbələri ilə “Üzvi kimya” fənnindən “Karbon turşuları” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Monitorinq qrupunun üzvü, Kimya kafedrasının dosenti Murad Vəliyev, Universitet üzrə yoxlama komissiyasının üzvü Teymur İsmayılov, fakültə dekanı İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri Vaqif Novruzov və b. iştirak etdilər.