BOTANİKA KAFEDRASININ DOKTORANTLARI YENIDƏN ELMİ EKSPEDİSİYADA

Bu günlərdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının doktorantları Fidan İsayeva, Gülnarə Quliyeva prof. Vaqif Novruzovun rəhbərliyi ilə Mingəçevir, Yevlax, Xaldan marşrutu üzrə elmi ekspedisiyada olmuşlar. Əlican çayı, Kür çayı, Kürəkçayının Mingəçevir su anbarına tökülən sahil ərazilərində, Bozdaq silsiləsində intrazonal, azonal, ekstrazonal bitkiliyinin flora biomüxtəlifliyi, həmçinin Mingəçevir, Yevlax şəhərləri şibyələrinin bioindikasiya xüsusiyyətləri tədqiq olunmudur. Ekspedisiyada həmçinin Botanika kafedrasının dosenti Zilxumar İsmayılova iştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir