TƏBRİK EDİRİK!

31. yanvar 2017-ci il tarixdə ADAU-nun Ekologiya və meşəçilik kafedrasının doktorantı, GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının Baş müəllimi İsmayılzadə Natiqə Namiq qızının professor əvəzi Sevda Zahid qızı Əhmədovanın rəhbərliyi altında “Gəncə-Qazax  bölgəsində texnogen çirklənmə şəraitinə davamlı bitkilərin seçilməsi və onların bioekoloji xüsusiyyətləri” mövzusunda ilkin müzakirəsi keçirilmişdir. Müzakirə çox uğurla həyata keçmiş, doktoranta Biologiya üzrə fəlsəfə doktoru elmi adı verilməsi məqsədəuyğun hesab edilmiş və sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi məsləhət görülmüşdür.