Dosent əvəzi Qasımova Fərqanə Nəriman qızının açıq dərsi.

03.04.2017-ci il tarixdə Ekologiya və Təbiəti Mühafizə kafedrasının dosent əvəzi Qasımova Fərqanə Nəriman qızının “Aqroekologiya” fənnindən Ekologiya IV kurs tələbələri ilə “Əkinçiliyin sistemləri və onların aqroekoloji əhəmiyyəti” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı, dosent İsfəndiyar Alverdiyev, kafedra müdiri professor Sevda Əhmədova, kafedranın professor-müəllim heyətindən dosent Ələkbərova Zabitə, biologiya üzrə fəlsəfə doktoru Qasımova Gültəkin və b. iştirak etdilər.

Dərs müasir təlim metodlarına tam cavab verirdi. Dərsin gedişindən dərs iştirakçıları məmnun qaldıqlarını bildirdilər.