Kimya üzrə fəlsəfə doktoru, baş müəllim Mətanət Rzayevanın açıq dərsi.

05.04.2017-ci ildə Kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Mətanət Rzayevanın açıq dərsi keçirilmişdir. Mətanət müəllimənin istər adi, istərsədə açıq dərsi həmişə yüksək səviyyədə keçmişdir. Onun “IV qrupun əlavə yarımqrup elementlərinin ümumi xarakteristikası” mövzusunda dediyi açıq dərsi pedoqoji və metodiki baxımdan tələb olunan səviyyədə idi. Göstərilən qrupda yerləşən elementləri elektron quruluşu, təbiətdə yayılması, alınma üsulları və kimyəvi xassələri, onların xarakterik birləşmələri və tətbiq sahələri haqqında ətraflı məlumat verildi.

Auditoriya ilə əlaqə, tələbələrin fəallığının yüksək olması göstərirdi ki, M.Rzayeva açıq dərsə çox ciddi hazırlaşmışdır. Mövzuya aid müxtəlif slaydların nümayişi, mövzunun tələbələr tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edirdi. Digər müsbət məqamlardan biri də mühazirədə bu sahədə baş vermiş elmi yeniliklərdən istifadə idi. Açıq dərs olduqca maraqlı keçdi və kafedra iclasında müzakirə zamanı k.ü.f.d., baş müəllim M.Rzayevanın kimya-biologiya müəllimliyi ixtisasının II kurs tələbələri ilə Qeyri-üzvi kimya-3 fənnindən “IV qrupun əlavə yarımqrup elementlərinin ümumi xarakteristikası” mövzusunda dediyi açıq dərs yekdilliklə “Əla” qiymətləndirildi.