Ekologiya və Təbiəti Mühafizə kafedrasının baş müəllimi Zabitə Ələkbərovanın açıq dərsi.

Bu gün Ekologiya və Təbiəti Mühafizə kafedrasının baş müəllimi, a.e.ü.f.d. Zabitə Ələkbərovanın I kurs Ekologiya ixtisası tələbələrinə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” fənnindən “Hidrosferə antropogen təsirin qiymətləndirilməsi” mövzusu üzrə seminar məşğələsinin açıq dərsi təşkil edildi. İlk olaraq müəllim keçmiş mövzuya toxunaraq tələbələrlə sual-cavab etdi. Tələbələr mövzuya uyğun olaraq hər biri ayrı-ayrılıqda slaydlar əsasında dərsi danışdılar. Dərsdə müəllim müasir təlim metodlarından istifadə edərək dərsi daha da maraqlı etdi.

Açıq dərsdə fakültə dekanı, dosent İsfəndiyar Alverdiyev, kafedra müdiri, professor Sevda Əhmədova, dosent əvəzi Fərqanə Qasımiova, kafedranın texniki-köməkçi heyətilərindən Sevinc Mahmudova, Aynurə Həbibova, Dinarə Hüseynova, Edilya Qurbanova və Gülgün Məmmədova iştirak etdilər.