Arifə Bahəddin qızı Əliyevanın açıq dərsi keçirildi.

08.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Arifə Bahəddin qızı Əliyevanın “Kəlləsizlər və anamnilər” fənnindən “Suda-quruda yaşayanlar. Göl qurbağasının quruluşu” mövzusunda kimya və biologiya ixtisası I kurs tələbələri ilə açıq dərsi keçirildi.  Dərsin gedişində suda-quruda yaşayanların səciyyəvi əlamətlərindən, yaşadıqları mühitə uyğunlaşmalarından, çoxalma xüsusiyyətlərindən və b. geniş şəkildə bəhs edildi.

Açıq dərsdə fakültə dekanı, dosent İsfəndiyar Alverdiyev, universitet üzrə elmi katib Teymur İsmayılov, kafedra əməkdaşlarından Aytac Məmmədova, İlahə Fərəcullayeva və b. iştirak etdilər.