TƏBRİK EDİRİK!

Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Novruzov Vaqif Seyfəddin oğlu AMEA-nın müxbir üzvü seçilmişdir. Bu münasibətlə Vaqif müəllimi Şəhərimizin İcra başcısı Elmar Vəliyev universitetimiz tərəfindən təşkil olunmuş Beynəlxalq konfransda təbrik etmiş və ona iş həyatında uğurlar arzulamışdır.
Bununla yanaşı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru İ.M.Hüseynova və kollektivi Vaqif müəllimə təbrik məktubu göndərmişdir. Təbrik məktubunda aşağıdakı sözlər qeyd edilmişdir.

Hörmətli Vaqif müəllim!
Sizi AMEA-nın müxbir üzvü kimi yüksək elmi rütbəyə layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Biz də bütün arzulara qoşulur, kollektivimiz adında Vaqif müəllimi təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir