Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının laborator məşğələsi.

15.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının “Mərkəzi sinir sistemi” fənnindən biologiya müəllimliyi ixtisasının V kurs (qiyabi) tələbələri ilə “Onurğa beyni reflekslərinin müşahidəsi” mövzusunda laborator məşğələsi keçirildi.
Məşğələdə spinal qurbağa üzərində durulaşdırılmış sulfat turşusu məhlulundan istifadə edərək bükmə və silmə reflekslərini müşahidəsi aparıldı.
Məşğələdə kafedranın əməkdaşlarından baş müəllim Kifayət İsmayılova, b.ü.f.d. Elnarə Hüseynova, baş müəllim Şəlalə Hacıyeva, baş müəllim Lalə Abdullayeva, böyük laborant Aytac Məmmədova, böyük laborant Sevinc Əliyeva və b. iştirak etdilər.
Laborator məşğələ tələbələr tərəfindən böyük maraqla qarşılandı.