botanika kafedrasının müəllimi elnarə hüseynovanın “bitki fiziologiyası” fənnindən açıq dərsi

14.11.2017-ci il tarixdə Botanika kafedrasının müəllimi Elnarə Hüseynovanın Biologiya müəllimliyi III kurs tələbələrinə Bitki fiziologiyası fənnindən “Yarpağın alt və üst hissəsində transpirasiyanın xlor-kobalt (CoCl2) metodu ilə müqayisəli tədqiqi”  mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi keçirildi. Aşıq dərs müasir tələblər əsasında keçirilmişdir. Tələbələrin və müəllimin yüksək hazırlığı qeyd edilmişdir.  Dərs əla qiymətləndirilmişdir.

Açıq dərsdə Botanika kafedrasının müdiri  prof V.Novruzov, Universitet monitorinq qrupunun üzvüləri dos. M.Vəliyev, dos.N.Ələkbərov,  dos. Z.İsmayılova, dos.M.Həsənov, dos.M.Qazıyev,dos.A.Bayramova, laboratoriya müdiri G.Ənnağıyeva, lab. N.Fətəliyeva iştirak etmişdilər.