azərbaycan respublikasının prezidenti İlham əliyevin sərəncamı ilə universitetimizin rektoru professor yusibov yusif əmiralı oğlu respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə “azərbaycan respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. bu münasibətlə “biologiya-kimya” fakültəsinin professor-müəllim, tədris-köməkçi heyəti, tələbə kollektivi onu təbrik edir və uzun ömür can sağlığı arzulayır.