daşkəsən rayon qarağollar tam orta məktəbi və N.Nərimanov adına 3 saylı tam orta məktəbin şagirdlərinin biologiya-kimya fakültəsi ilə tanışlığı

3.12.2017-ci il tarixdə Daşkəsən rayonunun aşağıda qeyd olunan tam orta məktəblərinin (Qarağollar tam orta məktəbi və N.Nərimanov adına 3 saylı tam orta məktəb) şagirdləri və müəllimlərdən Bağırova Aygün, Məhərrəmov Afiq, Mustafazadə Xədicə və Qədirova Hicran fakültədə qonaq oldular. Dekan dos.İ.C.Alverdiyev kabinə və laboratoriyalar ilə onları tanış etdi. Onlara kafedralarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri, laboratoriyaların maddi bazaları, tədris prosesində avadanlıqlardan istifadə, professor-müəllim heyəti, məzunların qazandıqları uğurlar haqqında geniş məlumat verdi. O cümlədən onlara universitetin ümumi strukturu və digər fakültələri haqqında da maraqlı məlumatlar verdi. Şagirdlərin suallarını cavablandırdı. Müəllimlər və şagirdlər fakültədən xoş təəssüratla ayrıldılar.