gəncə gənclər debat forumu: payız 2017

“Gəncə Gənclər Debat Forumu: Payız 2017”-nin universitetlər üzrə qalibi Gəncə Dövlət Universiteti olmuşdur. Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin tələbələrindən təşkil olunmuş komanda təmsil etmişdir. Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda oxuyan fəal tələbələrimiz Nərgiz Mirzəyeva GDU-nun, eyni zamanda regionun ən yaxşı II natiqi və respublikanın ən yaxşı IV natiqi, Fərəh Qasımova isə GDU-nun ən yaxşı VI natiqi və regionun IX natiqi seçilmişdir. Qaliblər Gəncə Debat Mərkəzi tərəfindən kubokla mükafatlandırılmışlar. Fakültəmizin fəal gənclərindən olan GDU Debat Klubunun sədri Allahverdiyeva Zülfiyyə isə diplomla təltif edilmişdir. 1 dekabr tarixində həmin tələbələr fakültə dekanı Alverdiyev İsfəndiyar ilə görüşmüşlər. İsfəndiyar müəllim bu qabiliyyətlə bağlı tələbələri təbrik etdi və onlara uğurlarının davamının gəlməsini arzuladı. Sonda xatirə şəkli çəkildi.