SEMİNAR AÇIQ DƏRSƏ ÇEVRİLDİ

DSC_1361-600x400

06 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Biologiya – Kimya fakültəsinin Kimya-biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Səfiyyə İsgəndərovanın Kimyanın tədrisi metodikası fənnindən “Hidrogen” mövzusunda açıq dərsi olmuşdur.

Baş müəllim Əliyeva Vüqarənin seminarda təşkil etdiyi bu açıq dərs zamanı elektron vasitələrdən məharətlə istifadə edən tələbə Səfiyyə İsgəndərova hazırladığı əyani vasitələri ağıllı lövhədə işıqlandırmaqla yanaşı, aydın nitqi, fikirlərinin məntiqi ardıcıllığı ilə diqqəti cəlb etdi.

Dərsin müzakirəsində müəllim tələbənin biliyini yüksək balla qiymətləndirdi.