MİLLİ DIRÇƏLİŞ GÜNÜ QEYD OLUNDU

12249686_1630282427253548_7782411045404581261_n-600x400

Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun Respublikamıza, xalqımıza biganə münasibətindən bəhrələnən ermənilər planlı şəkildə, Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Faşizmə xas olan əməllərə əl atıb günahsız insanları nəinki cismən öldürdülər, hətta onları diri-diri yandırdılar, hər cür işgəncəyə əl atdılar. Bununla bərabər 1988-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Dağlıq Qarabağda onu Azərbaycandan qoparıb Ermənistana birləşdirmək məqsədilə ixtişaşlar törətməyə başladılar.

Səbr kasası dolan xalqımız ayağa qalxdı. Moskva və Azərbaycanın o vaxtki rəhbərliyi həç bir qəti tədbir görmədiyindən respublikanın hər yerindən insanlar axın-axın Bakının Azadlıq meydanına toplaşıb, bir yumruq kimi birləşdilər, bələ bir haqsızlığa sonu bilinməyən mitinqlə öz etirazlarını bildirdilər.

1988-ci ilin noyabrın 17-də baş verən bu hadisə tarixə yazıldı, dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da, milli azadlıq hərəkatı Vətənizmin istiqlaliyyət qazanmasında əsas rol oynadı. Bu mənadan da 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təskilatının təsəbbüsü ilə Baş binanın akt zalında Biologiya-kimya fakültəsinin tələbələrinin iştirakı ilə dəyirmi masa arxasında Milli Dirçəliş Günü qeyd olundu. Tələbələr bu günki xoşbəxt günlər, müstəqil, azad bir dövlətin vətəndaşları olduqları üçün Milli Dirçəliş Gününün tarixi əhəmiyyət kəsb etdiyini bir daha vurğuladılar.