olimpiada

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri üçün biologiya fənnindən olimpiada keçirildi.

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsində yaradılan müasir laboratoriyalarla yaxından tanış olublar.

AMEA-nın müxbir üzvü, GDU-nun professoru, Botanika kafedrasının müdiri Vaqif Novruzov  və Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova çıxış edərək məktəblilərə və onların valideynlərinə son illərdə universitetin alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında ətraflı məlumat verdilər.