kimya kafedrasının baş müəllimi zeynalova sevinc vilayət qızının açıq dərsi keçirildi

Kimya kafedrasının baş müəllimi Zeynalova Sevinc Vilayət qızının Biologiya müəllimliyi ixtisasının III kursunda Biokimya və molekulyar biologiya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının müdiri dos.A.Məmmədova və kafedranın əməkdaşları dosentlərdən N.Ələkbərov, M.Vəliyev, S.İbrahimli, E.Cəfərov, k.e.f.d.S.Mehdiyeva iştirak etdilər. Dərs interaktiv təlim metodlarından istifadə olunmaqla keçirildi. Sonda tələbələri maraqlandıran suallara cavab verildi.