kimya kafedrasının dosenti Vəliyev Murad Turab oğlunun açıq dərsi keçirildi.

Kimya kafedrasının dosenti Vəliyev Murad Turab oğlunun Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Qeyri üzvi kimya-1” fənnindən “Kimyanın stexiometrik qanunları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dos.S.İbrahimli, b/m.X.Kəsəmənli iştirak etdilər. Tələbələri maraqlandıran suallara müəllim ətraflı cavab verdi. Dərs sonda əla qiymətləndirildi.