Şəhər və şəhər ətrafı rayonların sınaq imtahanlarında yüksək bal toplayan şagirdləri “biologiya və kimya” fakültəsində oldular.

20180416_113810

Gəncə şəhərinin tam orta məktəbləri, Samux şəhər 1 saylı və Zazalı kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri aprel ayında (2018-ci il) sınaq imtahanı vermiş və yüksək bal toplayan abituriyentlər “Biologiya və kimya” fakültəsinin mühazirə və laboratoriyalarının maddi texniki bazası, dərslərin tədrisinə verilən tələblər və s.-yə dair bilgilər əldə etmək üçün 17.04.2018-ci il tarixdə fakültədə oldular. Fakültənin dekanı dos.İ.Alverdiyev auditoriyalar, kabinələr, laboratoriyalarla onları tanış etdi, suallarını cavablandırdı. Dekan o cümlədən fakültənin keçdiyi tarixi yol haqqında da konkret məlumat verdi. (Zazalı kənd tam orta məktəbinin Kimya müəllimi Almuradov İftixar tədbirdə iştirak etdi).