KONFRANS-MÜSABİQƏ KEÇİRİLMİŞDİR

DSC_9523-600x400

07 yanvar 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə elmi cəmiyyəti  tələbə və magistrantların konfrans-müsabiqəsini keçirmişdir.  Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə konfrans-müsabiqəni açaraq iştirakçılara uğurlar arzulamış və qeyd etmişdir ki, belə konfransların, müsabiqələrin təşkili və keçirilməsi istər-istəməz tələbə və magistrantların elmə qarşı maraqlarını artırır və onların biliklərini elmi axtarışlara yönəldir. Bu da tələbə və magistrantların ilk növbədə daha çox savadlanıb müasir dövrün tələblərinə cavab verə biləcək mütəxəssislər kimi hazırlanmalarına ciddi təsir göstərir.
Konfrans-müsabiqə nəticələrini yekunlaşdırmaq üçün prorektor Pərvin Kərimzadə, Universitet Tələbə elmi cəmiyyətinin sədri dosent Sahil İbrahimli, Pedaqoji fakültənin TEC-nin sədri baş müəllim Telli Cabbarova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru  Elfira Ağayeva münsiflər heyəti qismində iştirak etmişlər. Yekunda  məlum olmuşdur ki, genetika ixtisası üzrə magistrant  Ruhanə Həsənbəyli (elmi rəhbər Elfira Ağayeva) I yerə, iqtisadi nəzəriyyə ixtisası üzrə magistrant İlqar Quliyev (elmi rəhbər fəxri professor Oqtay Məmmədli) II yerə,  riyaziyyat-informatika müəllimliyi ixtisasının III kurs tələbəsi tələbəsi Babayeva Səbinə ( elmi rəhbər Telli Cabbarova) III yerə sahib olmuşlar.