Gəncə Dövlət Universitetinin AMEA üçün kadr hazırlığı davam edir.

AMEA Alverdiyeva

25.09.2018-ci il tarixdə AMEA Botanika İnstitutunun  Birləşmiş Dissertasiya Şurasında b.ü.f.d. Sevda Alverdiyevanın biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan lixenoflorasının müasir vəziyyəti” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertantın elmi məsləhətçisi GDU Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, prof.Vaqif  Novruzov olmuşdur.

Dissertasiya işinə Rostov Universitetinin professoru Zakutnova V.İ., prof.A. Əskərov, b.e.d.Z.Məmmədova rəsmi opponentlər kimi çıxış etmişlər. Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və Azərbaycan alimlərinin yazdığı rəylərdə iş yüksək qiymətləndirilmişdir. Müdafiə Şurası eyni zamanda AMEA Botanika İnstitutu və GDU gələcək elmi istiqamətləri müəyyənləşdirilmişdir. Növbəti Dissertasiya Şuralarında GDU Botanika kafedrasının dosenti Aynur Bayramovanın biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi keçiriləcəkdir.

Şəkildə: akademik, AMEA-nın Vitse-Prezidenti İradə Hüseynova, elmi məsləhətçi Vaqif  Novruzov, doktorant Sevda Alverdiyeva, Botanika İnstitutunun direktoru, akademik, Validə Əlizadə və Elmi katib dos.Xuraman Xəlilova.