açıq dərs

10.10.2018-ci il tarixdə Ekologiya mühəndisliyi ixtisasının III kursunda müəllim İsmayılov Ümid Suliddin oğlunun “Fəlsəfə” fənnindən “İdrak nəzəriyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Sosial fənlər kafedrasının müdiri dos.A.Məmmədov, müəllimlərdən b/m.Ü.Balakişiyev, b/m.Ş.Quliyev iştirak etdilər. Açıq dərsdə əyani vəsaitlərdən istifadə olundu. Ü.İsmayılov İdrak nəzəriyyəsi və onun mahiyyəti, tarixi inkişafı, idrakın praktika ilə əlaqəsi, idrakın pillələri, onun forma və metodları kimi “Qnoseologiya”nın çox mühüm tərkib hissələrinə geniş yer verdi.