açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Hacıyeva Şəlalə Zabir qızının Biologiya müəllimliyi ixtisasının II kursunda “Onurğalılar zoologiyası” fənnindən “Suda-quruda yaşayanların xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, dekan müavini dos.M.Həsənov və  b/m.H.Nəsirova iştirak etdilər. Tələbələr mövzu ətrafında onları maraqlandıran suallara cavab tapdılar. Sonda açıq dərs əla qiymətləndirildi.