açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının a.e.f.d. b/m. L.Abdullayevanın Biologiya ixtisasının II kursunda “Onurğalılar zoologiyası” fənnindən “Quşların xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, müəllimlərdən dos.M.Vəliyev, dos.S.İbrahimli, dos.V.Məmmədova, b/m.Ş.Hacıyeva, b/m.E.Hüseynova, b/m.K.Bayramova, müəl.Ü.Bayramova iştirak etmişlər. Dərsə uyğun əyani vəsaitlər, slaydlar hazırlanmışdır. Müəllim yeni dərsi izah etməzdən əvvəl köhnə dərsi tələbələrlə sorğu-sual etdi. Quşların-ali onurğalıların uçmağa uyğunlaşmış sinfi olduğunu və buna görə də onlarda bir sıra əlamətlərin əmələ gəlməsini geniş izah etdi.