Gəncə Dövlət Universitetinin növbəti elmlər doktoru!

 30 NOYABR 2018-ci il tarixdə  AMEA Botanika İnstitutunun Dissertasiya Şurasında Gəncə Dövlət Universiteti Botanika kafedrasının dosenti BAYRAMOVA AYNUR AKİF qızının biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçünKiçik Qafqazda bəzi xüsusi mühafizə olunan ərazilərin flora biomüxtəlifliyi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, Biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi V.S.NOVRUZOV olmuşdur. Rəsmi opponentlər: akademik Tariyel Hüseynəli oğlu Talıbov, Biologiya elmləri doktoru Aydın Musa oğlu Əsgərov, Biologiya elmləri doktoru, dosent Naibə Pirverdi qızı Mehdiyevadır.

Dissertasiya işinə Akademik F.Y.Əliyev , prof Yusibov Y.Ə , AMEA-nın müxbir üzvü prof. İ.H. Cəfərov,. AMEA-nın müxbir üzvü prof. Qurbanov M, проф., В. Г.Онипченко(Москва), академик Акназаров Огоназар (Таджикистан), PhD, Barbaros Yaman, Doc. Dr. Zafer Kaya, (Türkiyə) və başqaları tərəfindən müsbət rəylər verilmişdir. Dissertasiya işinin müdafiəsi müvəffəqiyyətlə başa çatmışdır.