biologiya-kimya fakültəsinin tələbələrinə yap-ın mandatları təqdim olundu

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nümayəndələri, Məmmədov Afəl, Məmmədov Yüksəl, Əbdurrəhimov Sabir, fakültənin dekanı Alverdiyev İsfəndiyar, Təlim tərbiyə işləri üzrə dekan müavini İsmayılova Zilxumar və tələbələr iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra başlamışdır. Nümayəndələr YAP-ın inkişaf tarixi, perspektivləri və gələcəkdəki inkişaf dinamikası haqqında çıxış etdilər. Bundan başqa gənclərin asudə vaxtının səmərəli keçməsi, onların vətənpərvərlik ruhunda yetişməsi müzakirə mövzusu oldu. Sonda bir qrup tələbələrə YAP-ın mandatları təqdim olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =