açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedranın b/m. Bayramova Könül Şaiq qızının Biologiya müəllimliyi ixtisasının II kursunda İnsan anatomiyası fənnindən “Toxumaların quruluşu və növü. Sümüyün inkişafı, böyüməsi. Sümükiliyi və sümüküstlüyü” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.C.Alverdiyev, dos.M.Vəliyev, dos.S.İbrahimli, dos.V.Məmmədova, dos.T.Rüstəmova, b/m.H.Abbasova və b/l.A.Məmmədova iştirak etdilər. Müəllimənin dərsə aid sənədləri-mühazirə mətni, sillabusu yerində idi. Könül müəllimə toxumaların quruluşu, sümüyün kimyəvi və fiziki tərkibi, növləri  haqqında ətraflı məlumat verdi. Sümüyün xarici səthini örtən sümüküstlüyü, daxilində yerləşən sümükiliyinin quruluşunun geniş izahatını verdi.