açıq dərs

Kimya kafedrasının b/m.Sadıqova Ülviyyə Eyyub qızının Biologiya müəllimliyi ixtisasının III kursunda “Kimyəvi termodinamika” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə dos.İ.Alverdiyev, fəxri prof.H.Kərimov, dos.E.Cəfərov, dos.M.Vəliyev, dos.A.Məmmədova, dos.M.Rzayeva, b/m.F.Alverdiyeva, b/m.A.Zeynalova, b/m.L.Namazova iştirak etmişlər. Dərsin təşkilində müasir təlim texnologiyalarından istifadə edilmişdir. Açıq dərsdə termodinamikanın I, II qanunları, izoxor, izobar, izotermik proseslər barədə geniş məlumat verildi.