açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi, fəlsəfə doktoru Lalə Abdullayevanın Biologiya müəllimliyi ixtisasının I kursunda “Onurğasızlar zoologiyası” fənnindən “Yastı qurdlar. Kirpikli və sorucu qurdların morfoloji xüsusiyyətləri” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dos.M.Vəliyev, dos.S.İbrahimli, dos.V.Məmmədova, dos.T.Rüstəmova, b.ü.f.d.E.Hüseynova, b/m.Ş.Hacıyeva, b/m.H.Nəsirova iştirak etdilər.

Dərsin gedişində slaydlardan və tablolardan istifadə olundu. Dərs maraqlı keçdi. Belə ki, yeni mövzuya başlamazdan əvvəl müəllim tələbələrə keçmiş dərsə aid suallar verdi. Tələbələr fəallıq göstərərək suallara düzgün cavab verdilər. Sonra müəllim yeni dərsi ətraflı izah etdi.