göy-göl milli parkı əməkdaşlarının gdu-nun ekologiya və təbiəti mühafizə kafedrası ilə birlikdə maarifləndirici seminarı

Ekologiya və təbiəti mühafizə kafedrasında Göy-göl Milli Parkının əməkdaşları tərəfindən Ekoturizmin regionda inkişafı məqsədilə maarifləndirici seminar keçirildi. Seminarda kafedranın professor-müəllim heyəti və müvafiq ixtisas tələbələri iştirak etdilər. İlk olaraq kafedranın müdiri professor Sevda Əhmədova çıxış etdi. Daha sonra Milli Parkın elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev və elmi işçi Zaur Məmmədov çıxış etdilər. Onlar gənclərə gələcəkdə belə qoruqlarda elmi tədqiqat işləri aparmağı məsləhət bildilər. Sonda tələbələrlə diskusiya aparıldı.