ekologiyanın aktual problemlərinə dair seminar

Ekologiya və təbiəti mühafizə kafedrasında baş müəllim İbrahimova Sevda İsmayıl qızının “Ətraf mühit faktorlarının insan genomuna təsiri” mövzusunda seminar keçirildi. Seminarda kafedranın əməkdaşları və fakültənin dekanı və professor-müəllim heyəti iştirak etdilər. Sonda məruzəçi və iştirakçılar arasında diskusiya aparıldı.