Məzun-35 il bundan əvvəl

Biologiya-kimya fakültəsində 20.06.2019-cu il tarixdə 1984-cü il məzunları ilə görüş oldu. Görüşə respublikamızın müxtəlif rayon və şəhərlərindən 28 nəfər gəlmişdi.

Tədbirdə universitetin “Humanitar məsələlər” üzrə prorektoru-Azərbaycan Respublikasının Əməkdar müəllimi dosent Fətəliyeva Gülsüm İsa qızı, fakültənin tədris işləri üzrə dekan müavini Qabaqcıl Təhsil işçisi dosent Həsənov Mirzə İsmayıl oğlu, fəlsəfə doktoru Aslanova Yeganə Azad qızı, baş müəllim Hüseynzadə Aynur Siyavuş qızı, Məmmədova Aynur Dəmir qızı, Ramazanova Məlahət Rafiq qızı, Nurullayeva Almaz Balakişi qızı, Məmmədova Rahilə Müseyib qızı və s. iştirak etdilər.

Prorektor G.Fətəliyeva ilk olaraq məzunları salamladı, doğma fakültələrinə 35 ildən sonra görüş üçün gəldiklərinə görə onları təbrik etdi, yeni-yeni uğurlar arzuladı sözü dos.M.Həsənova verdi.

O, universitetin və fakültənin son 35 ildə qazandığı uğurlardan, tədris binalarının, auditoriyaların yeniləşməsindən, laboratoriya və kabinələrin müasir əyani və texniki vəsaitlərlə zənginləşdirilməsindən, bunlardan tədris prosesində istifadəsi və s.-dən danışdı.

Qeyd etdi ki, fakültədə 6 ixtisas üzrə bakalavr və 15-dən çox ixtisası üzrə magistrant hazırlanır. Bunların təlim-tərbiyəsilə      75 nəfər professor-müəllim, bunlardan 4 nəfəri elmlər doktoru professor, 2 nəfəri kimya elmləri üzrə fəlsəfə doktoru fəxri professor, 20 nəfəri fəlsəfə doktoru dosent, 15 nəfəri fəlsəfə doktoru baş müəllim, 28 nəfəri baş müəllim, 8 nəfəri müəllimdir. Müəllimlərdən 1 nəfəri isə fakültənin məzunu olan hazırda Botanika kafedrasına rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, Əməkdar elm xadimi Novruzov Vaqif Seyfəddin oğludur.

Sonra məzunlar 35 il bundan əvvəl dərs keçdikləri auditoriyaları yeni tərtibatda gəzdilər, elmə, təhsilə verilən bu yüksək dəyərdən çox razı qaldılar. Universitetdə yaradılmış bu şərait haqqında və tələbələrin müasir elmi biliklərə yiyələnməsi üçün kifayət qədər professor-müəllim heyətinin varlığı haqqında yaşadıqları regionlarda təbliğat işi aparacaqlarını bildirdilər.