açıq dərs

Kimya kafedrasının dosenti Elxan Firat oğlu Cəfərovun  Kimya ixtisasının III kursunda Kimya texnologiyası fənnindən “Ammonyak istehsalı” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə Metodik komissiyasının sədri AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov, fakültə dekanı dos. İsfəndiyar Alverdiyev, fəxri professor Heydər Kərimov, Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova, b/m. Firduz Alverdiyeva və b/m. Aygün Zeynalova iştirak etdilər.

Dərsdə ammonyak istehsalı üçün istifadə olunan xammal və onun alınma üsulları, təmizlənməsi və təmiz xammal əsasında ammonyak istehsal edən qurğuların iş prinsipləri haqqında ətraflı məlumat verildi. Dərs zamanı ammonyak istehsalının aşağı, orta, yüksək təzyiqlərdə həyata keçirilməsi, həmin proseslər arasındakı fərqli və üstün cəhətləri izah edildi və auditoriyaya mövzuya aid son internet məlumatları çatdırılmaqla yanaşı ammonyak istehsalı prosesinə aid qısamüddətli videoçarx da göstərildi.