kimya ixtisası III kurs tələbələrinin yeni uğuru

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti tərəfindən birgə reallaşdırılan “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində cari il üzrə keçirilən startap turları yekunlaşıb.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən startap turunda şəhərin digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Gəncə Dövlət Universitetində təhsil alan  “BioBone” komandasının üzvləri olan Fidan Vəliyeva və Zeynəb Namazova da iştirak ediblər. İlk növbədə iştirakçılara “I2B – İdeyadan Biznesə”  layihəsi haqqında ətraflı məlumat verilib, müsabiqə qaydaları izah olunub. Komandalar mentorların dəstəyi ilə  təqdimatlar hazırlayaraq münsiflər heyəti qarşısında çıxış ediblər. Sonda münsiflərin səsverməsi ilə Gəncə şəhəri üzrə I yerə “BioBone” komandası layiq görülüb. Qalib komandalar oktyabr ayında keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar. Milli Finalda qaliblər müəyyən olunacaq və qaliblərə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.