həzm orqanları sistemi, həzmin fiziologiyası mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda İnsan və heyvan fiziologiyası fənnindən açıq dərs keçirildi. Dərsdə kafedra müdiri b.e.d.Vəfa Məmmədova və kafedranın müəllimləri iştirak etdilər.

Müəllimə mühazirədə həzmin tiplərini, ağız boşluğunda, mədədə, həzmi, ödün əmələ gəlməsini və ifraz mexanizmlərini ətraflı izah etdi. Mühazirənin tədrisində slaydlardan istifadə olundu. Mühazirə müasir ədəbiyyat məlumatları əsasında hazırlanmışdı.