gdu-nun startap komandası respublika səviyyəsində keçirilən “startap günləri” layihəsinin qalibi olub

25 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində “Startap Günləri” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Universitetin Biologiya-kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası respublika səviyyəsində keçirilən layihədə birinci yerə layiq görülüb.